5 gün sonra toyu olacaq gəncin meyiti tapıldı

22 Sentyabr 2014 22:19 (UTC+04:00)
Sentyabrın 19-da yuxarı şirvan kanalında batan 25 yaşlı Fuad Rəsulovun meyiti bu gün günorta saatlarında tapılıb. Xilasedicilərin 2 axtarış qrupu və 10 nəfər şəxsiı heyətlə axtarışı nəticə verib. Meyiti onun kanala düşdüyü yerden 1 km uzaqda aşkar edilib. Sudan çıxarılan meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin ağdaş rayon şöbəsinə aparılıb.Yaxınlarının sözlərinə görə mərhum gəncin bu həftənin bazar günü toyu olacaqdı.