Bakıda “KİA” avtobusla toqquşdu: yaralılar var

23 Sentyabr 2014 10:35 (UTC+04:00)

 Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib. Hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı Məmədov Seymur Malik oğlu idarə etdiyi "KIA" markalı avtomobili ilə şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın dayanacaqda daynan sərnişin avtobusuna çırpılıb. 


Qəza zamanı "KIA"nın sürücüsü və sərnişi xəsarət alıblar. Əraziyə təcili yardım avtomobili çağırılıb və hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. 


Xətai rayon dövlət yol polis şöbəsindən verilən məlumata görə, ilkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. 


Faktla bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.