Yeni Zelandiyada bayraq mübahisəsi
23 Sentyabr 2014 11:28 (UTC+04:00)
Yeni Zelandiyada şənbə günü təşkil edilən seçkilərdə yenidən
iqtidara gələn Baş nazir Con Key, ölkənin bayrağından Birləşmiş
Krallıq gerbinin çıxarılması üçün referendum edəcəklərini
açıqlayıb. Movqe.az xəbər verir ki, 2015-ci ildə mövzunu rəsmi
şəkildə gündəmə gətirəcəklərini söyləyən Key, daha əvvəl, qara
zəmin üzərinə gümüş qıjı olan bayraq istədiklərini bildirmişdi.