Jaws-ın prodüseri öldü

16 İyul 2012 14:30 (UTC+04:00)

Movqe.az xəbər veri ki, 1980-ci illərdə bütün dünyada maraqla izlənilən və nəhəng bir köpəkbalığının yaratdığı dəhşəti göstərən məşhur "Jaws filmlərinin prodüseri Richard Zanuck vəfat edib."Səhər" qəzetindəki xəbərə görə, Jaws filmlərindən əlavə "Qadın Daisy'nin sürücüsü" filmi ilə 4 Oscar birdən qazanan 77 yaşındakı Zanuckun infarkt nəticəsində öldüyü açıqlanıb.

Məşhur prodüser həyat yoldaşı, iki uşağı və 9 nəvəsi ilə birlikdə yaşadığı Beverley Hillsteki evində ölüb.Zanuck 28 yaşındaykən, atasının Darryl F. Zanuckin Twentieth-Century Fox studiyasına rəhbərlik edərkən tarixin ən gənc studiya başçısı olub.

Daha sonra atası tərəfindən qovularaq 1972-ci ildə prodüser David Brownla müstəqil film istehsal şirkətini -  Zanuck / Brown Productions qurub. Zanuckun prodüserliyini boynuna götüdüyü filmlər arasında, dövrünün klassikləşmiş filmləri "Şən Günlər", "Butch Cassidy və Sundance Kid" də yer alır.

Tural QABİLOĞLU