Zəlzələ xəbərdarlıq sistemi qurulacaq

16 İyul 2012 15:13 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Çin ölkənin cənubundakı Siçuan əyalətində ilk şəhərətrafı zəlzələ xəbərdarlıq sistemini quracaq. Bu ilin sonuna kimi inşası tamamlanacaq erkən xəbərdarlıq sistemi ilə xalqın zəlzələnin dağıdıcı dalğaları gəlmədən özünü müdafiə edə biləcəyi ifadə edilib. Bölgədə bu il ərzində ilk mərhələdə 55 zəlzələ erkən xəbərdarlıq məntəqəsinin qurulması planlaşdırılır. Yaponiya və Meksikada qurulan erkən xəbərdarlıq sistemlərinə bənzər xarakterli xəbərdarlıq sistemində seysmik dalğalardan daha sürətli hərəkət edən radio dalğaların istifadə ediləcəyi deyilib.  Araşdırmalar göstərib ki, dağıdıcı zəlzələ dalğaları çatmadan 2 saniyə əvvəl xəbərdarlıq verilməsi halında, zəlzələnin səbəb olacağı ölümlərin 25 faizi azaldıla bilər, xəbərdarlığın 5 saniyə əvvəl verilməsi halında isə ölü sayının 80 faiz düşə bilər.