Gələn il Azərbaycanda alternativ enerji istehsalı artırılacaq - FOTO

23 Sentyabr 2014 18:11 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu bu gün "Xəzər Avropa Klubu"nda jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə günəş, külək, biotermal sular, kiçik çaylar və biokütlədən istifadə nəticəsində 300 MVt-lıq enerjinin əldə olunması ilə bağlı layihənin həyata keçirilməsinə başlanılacaq. O bildirib ki, bu layihənin icrası ilə bağlı artıq agentlikdə müvafiq plan da hazırlanıb.