Azərbaycana xaricdən çoxlu at, eşşək, qatır və dəvə gətirilib

23 Sentyabr 2014 18:41 (UTC+04:00)

"Bu ilin ilk 6 ayı ərzində Azərbaycana xaricdən 64889 ədəd iribiynuzlu mal-qara gətirilib".Bunu Modern.az-a Dövlət Statistika Komitəsindən biliriblər. Safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklərin sayı 2967 baş təşkil edib. Onlar Azərbaycana daha çox Almaniya, Macarıstan, Niderland, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan gətirilib.Azərbaycana gətirilən qoyunların sayı isə 16 min 732 baş olub. Onların gətirildiyi ölkələr arasında Gürcüstan, Rusiya və Ukrayna üstünlük təşkil edib.Bu il xaricdən gətirilən digər heyvanlar arasında atlar, ulaqlar, qatırlar (17 baş – ABŞ, Argentina, Niderland), o cümlədən safqanlı cins atlar (2 baş – ABŞ və Niderland), habelə keçilər (1885 baş – Bolqarıstan, Fransa, Niderland, Rusiya Federasiyası, Türkiyə) və 16 dəvə də var.Təkcə atlar, ulaqlar və qatırların alınmasına 98 min 600 manat pul xərclənib.Rusiyadan alınan 16 baş dəvəyə görə isə 21 min manat vəsait ödənilib.