Bu ilin dekabrından Azərbaycan və İsrail diplomatları üçün viza ləğv olunacaq

23 Sentyabr 2014 19:25 (UTC+04:00)

Bu il dekabrın 12-dən etibarən diplomatik və xidməti pasportlara sahib olan Azərbaycan və İsrail diplomatları vizasız səyahət edə biləcəklər.


Bu barədə APA-ya İsrailin ölkəmizdəki səfiri Rafel Harpaz bildirib.


Səfir əlavə edib ki, azərbaycanlıların İsrailə viza almasında hər hansı problem yoxdur.


Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycanla İsrail arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb.