İlham Əliyev AŞPA prezidenti ilə görüşdü

23 Sentyabr 2014 19:18 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 


Movqe.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.