Azərbaycan paytaxtında futbol matçı zamanı üstünə qapı dirəyi düşən oyunçu aldığı xəsarətdən dünyasını dəyişib

16 İyul 2012 14:48 (UTC+04:00)
Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonu Ramana qəsəbəsinin ərazisindəki futbol meydançasında qeydə alınıb. Qəsəbə sakini Rafiq Nağıyev futbol oynayarkən qapı dirəyi onun üstünə düşüb. Xəstəxanaya çatdırılan R. Nağıyev aldığı xəsarətdən dünyasını dəyişib.