Bakıda sərnişin avtobusu yol qəzası törədib

24 Sentyabr 2014 12:49 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Atatürk prospekti - 69 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Etimad Qaçay oğlu Allahverdiyevin idarə etdi 99 GJ 948 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə sürücüsü məlum olmayan 10 TG 600 dövlət nömrə nişanlı 202 saylı xətt üzrə hərəkət edən "DAEWOO" markalı sərnişin avtobusu toqquşub.

 

Qəza nəticəsində xəsarət alan olmayıb.