Çində “AİDS”ə qarşı peyvənd ümüdü

16 İyul 2012 15:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dünyanın ən sürətli inkişaf edən ölkəsi mövqeyində yer alan Çin tibb sahəsində də işlərini davam etdirir. Çinli elm adamları  AIDS xəstəliyinə qarşı icra etdiyi işlərdə böyük irəliləyiş əldə etdiklərini açıqlayıb. "Journal of Virology"də nümayiş olunan xəbərdə Çin Elmlər Akademiyasına bağlı Şanghai Pastor İnstitutunun elm adamlarının AIDS peyvəndi üzərində işlər apardıqları deyilib. Ağcaqanadlar üzərində müvəffəqiyyətli olan peyvəndin siçanlar üzərində də sınandığı və siçanlarda  HIV-1 virusuna qarşı immunitetin artdığı müəyyən olunub. AIDS peyvəndinin növbətti mərhələdə meymunlar üzərində təcrübə ediləcəyi, reallaşdırılacaq təcrübələrdə müvəffəqiyyət əldə ediləcəyi təqdirdə peyvəndin insanlar üzərində sınanmağa başlanacağı bildirilib. Xatırladaq ki, dünyada AIDS xəstəliyinə gətirib çıxaran HIV virusunu yox edəbilən peyvənd hələ hazırlanmayıb. Bu ölümcül xəstəliyə qarşı inkişaf etdirilən dərmanlar yalnız virusun çoxalmasını məhdudlaşdırma qabiliyyətinə malikdir. Çində 2011-ci ildə 28 min nəfər AIDS-dən dünyasını dəyişib, 48 min nəfər isə HIV virusuna yoluxub.