Trimsdə müxaliflər hədəf alınıb

16 İyul 2012 16:08 (UTC+04:00)

Movqe.az xəbər verir ki, BMT müşahidəçiləri 12 iyulda yüzlərlə insanın qətl edildiyi Trimse kəndində araşdırmalar aparıb. Hərbi və mülki mütəxəssislərdən ibarət heyət yandırılmış və ya dağıdılmış 50-dən çox evdə araşdırma aparıb; qan yığınları və beyin hissələri təsbit edib.  BMT müşahidəçiləri kənddə neçə nəfərin öldürüldüyü ilə  əlaqədar dəqiq məlumat tapa bilməyib. BMT Suriya Müşahidə heyəti hökumətin məskunlaşma bölgələrində ağır silahlar istifadəsini dayandırmasını və vətəndaş itkilərin azaldılması üçün hər cür tədbirin alınmasını istəyib.