Ağcabədidə 20 yaşlı gənc intihar edib

24 Sentyabr 2014 17:36 (UTC+04:00)

 Ötən gün Ağcabədi rayonunda 20 yaşlı gənc özünü öldürüb. 


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyamadanlı kəndində olub.


Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Şamxal Cümşüd oğlu Xankişiyevin meyidi yaşadığı evdə tapılıb.


Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, gənc özünü asıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.


Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.