Kişi həyat yoldaşından ona xəyanət edib, yad kişidən uşaq dünyaya gətirdiyi üçün aliment tələb edir! - ŞOK OLAY

24 Sentyabr 2014 18:02 (UTC+04:00)
"ATV" telekanalının "Düzünü desək" verlişində maraqlı hadisə baş verib. Mövqe.az xəbər verir ki, Rasim adlı bəy ona xəyanət edib, övladlarını atıb, gedən keçmiş xanımı Gülnarədən aliment tələb edib. 48 yaşlı Rasim bəy iddia edib ki, xanımı onu pulu az olduğuna görə atıb və digər evli kişi ilə nigahsız yaşamağa razı olub. Bir oğlan övladını özü ilə aparan ana , bir qız, bir oğul övladını Rasim bəyin öhdəsində qoyub. Həyat yoldaşını hal-hazırda da bağışlayacağını söyləyən Rasim bəy efidə  göz yaşlarını saxlaya bilməyib: "Uşaqlıqlıqdan yetim böyümüşəm. Onu istəyib, almışam. İndi də sevirəm, barışmaq istəyirəm. Bağışlayaram onu. Amma qayıtsın. Qayıtmasa övladlarım üçün aliment tələb edirəm ondan... Övladlarımın 18 yaşı tamam olduqdan sonra gedib bankdakı hesablarından özləri çıxararlar. Mənim uşaqlarıma geyim almağa heç imkanım çatmır. Amma buna baxmayaraq övladımı o anaya vermərəm. Qoymaram qızım yad kişinin yanında böyüsün".


Verlişin yaradıcı heyyəti tərəfindən Gülnarə xanımla əlaqə yaradılıb. Zəngə cavab verən qadın dedikləri ilə hər kəsi şoka salıb: " Mən neynirəm gündə 5-10 AZN evə pul gətirən kişini? Məni narahat etməyin. Qoyun öz həyatımı yaşayım. Mən özüm xəyanət etmişəm ona. Günahka mənəm. O məni hələ də sevir, barışmaq istəyir. Amma mən istəmirəm. Bu kişidən təzə övladım da olub. Digər uşaqlarımda böyüyüb, axtararlar məni istəsələr. Alimenti hardan verim? Mənim özümü saxlayırlar, mən necə aliment verim ? Özümdə işləmirəm. Yoxumdu".