Keşlədə evlər köçürülə bilər

24 Sentyabr 2014 18:40 (UTC+04:00)

Bunu Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər

Bu gecə Nizami rayonu Keşlə qəsəbəsi "Şanxay" adlanan ərazidə avtomobilin qatarla toqquşması əhaliyə qorxulu anlar yaşadıb. 


ANS TV-nin məlumatına görə, qorunmayan keçiddə avia kerosinlə dolu qatarla toqquşan maşın bir neçə yüz metr sürüşərək yaxınlıqdakı evlərə də zərər verib. Xoşbəxtlikdən yanğın baş verməsə də ərazi potensial təhlükə mənbəyidir. Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmədov bildirir ki, hazırda hökumət "Şanxay" ərazisindən evlərin köçürülməsini müzakirə edir.


"Mühafizə zolağında 2840 qeyri-qanuni tikili var. Bunun 538 qeyri-yaşayış, 20302- i isə yaşayış evidir. Bununla bağlı Nəqliyyat Nazirliyində xüsusi komissiya yaradılıb və müəyyən olundu ki, 861 təxirəsalınmaz söküntü işləri aparılmalıdır. İndi qalıb bu məsələnin Nazirlər Kabinetində təsdiqi. Burada nə qərar çıxardılarsa bizdə həmin qərarı icra edəcəyik".