İş axtaranların nəzərinə!
24 Sentyabr 2014 23:12 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
(ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Zərdab
rayonunda Əmək yarmarkası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zərdabda
keçirilən Əmək yarmarkasında 48 nəfərə boş iş yerlərinə göndəriş
verilib.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 23
müəssisə tərəfindən əsasən fəhlə və qulluqçu peşələri üzrə 170-ə
yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif
olunub. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin
nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşlarla
onların birbaşa əlaqəsi təmin olunub.
Növbəti əmək yarmarkası sabah, sentyabrın 25-də
Ağdaş rayonunda keçiriləcək. Tədbirdə 200-dək boş (vakant) iş
yerinin işsiz və işaxtaran vətəndaşlara təklif olunması, ayrı-ayrı
işsiz və işaxtaran şəxslərin peşə hazırlığı kurslarına, habelə
ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınması
nəzərdə tutulur.