Azad Rəhimov: “Azərbaycan 500 min dolları ödəyib”

24 Sentyabr 2014 18:18 (UTC+04:00)

Azərbaycan millisi Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsini ödəyib. Movqe.az saytı xəbəb verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

O bildirib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb: "Onlarla bağlı müzakirələr aparılır. Beynəlxalq federasiya indiyə qədər nazirliyin suallarına cavab verməyib. Məsələn, "Nə üçün idmançının dopinq-testdən keçə bilməməsi 1 ildən sonra açıqlanır?"" Rəhimovun sözlərinə görə, ağır atletika millimiz noyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına da qatılacaq. Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) 500 min dollar cərimə kəsən Beynəlxalq Ağır Atletika Federasiyası 18 atletimizi cəzalandırıb.