Azərbaycanlı teleaparıcının qardaşı qızı xərçəngə düçar oldu

24 Sentyabr 2014 18:26 (UTC+04:00)

Teleaparıcı Vüsalə Şahvəliqızının iki yaşlı qardaşı qızı xərçəng xəstəliyinə tutulub. İki yaşlı uşaq Mədinə Umudəliyeva hazırda Hemotologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda müalicə olunur.

Teleaparıcı qardaşı qızının səhhəti ilə bağlı bunları deyib: "Heç vaxt bu qədər çarəsiz olmamışam. Nə edəcəyimi bilmirəm. Dörd ay əvvəl Mədinə belə bir xəstəliyə tutulubmuş, biz indi bilmişik. Ümidimiz Allaha qalıb. Xaricə aparmağa imkanımız olmadı. Yaşamaq ehtimalı yarıbayarıdır. İnanıram ki, Allahın izni və xeyriyyəçi insanların sayəsində Mədinəni həyatda saxlaya biləcəyik".


Qeyd edək ki, 2 yaşlı Mədinənin müalicəsinə kömək etmək istəyən şəxslər 055 421 48 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.