Əl-Nüsranın türk komandiri öldürüldü

24 Sentyabr 2014 18:49 (UTC+04:00)

Əl-Nüsranın türk komandiri Əbu Yusif Əl-Türkü ABŞ bombardmanı nəticəsində ölüb. Movqe.az xəbər verir ki, ABŞ-ın 5 ərəb ölkəsiylə birgə Suriyada İŞİD-ə qarşı başlatdığı hava hücumu nəticəsində Əl-Nüsra cəbhəsinin türk komandiri Əbu Yusif Əl-Türkü həlak olub.

Məlumata görə, Əbu Yusuf Əl-Türkü ləqəbli 38 yaşındakı Ümid Yaşar Topraq həyat yoldaşını və 5 övladını Bursada qoyaraq İŞİD və Əsəd rəhbərliyinə qarşı vuruşmaq üçün 2 ay öncə Suriyaya gedib.

Araşdırma nəticəsində Əbu Yusif Əl-Türkünün ABŞ-ın keçmiş prezidenti Corc Buşa sui-qəsd planı hazırlayan təşkilatın üzvü olduğu və bu səbəbdən bir müddət öncə nəzarətə alınıb sonra da sərbəst buraxıldığı müəyyən olunub.