"Mənim üçün ailə qurmaq hələ tezdi"- aparıcı
24 Sentyabr 2014 19:19 (UTC+04:00)
Aparıcı Günel Hümbətova karyerasından bəhs
edib.
Axşam.az-ın məlumatına görə, Günel işin onun üçün önəmli olmadığını
vurğulayıb:
"İnsan üçün ambisiya əsasdır. Əgər bir gün ailəm tələb edərsə,
karyeramı ona qurban verərəm. Qarşıma şərt qoysalar, heç vaxt
ailəni kənara atmaram. Amma mən ikisini bir arada idarə etməyin
tərəfdarıyam. İş müəyyən vaxta kimi lazımdır. Bəlli yaşa qədər
karyeranla bağlı istəklərinin ardınca getməlisən. Onlara nail
olduqdan sonra isə insanın istər-istəməz marağı azalır".
"Bəs, bu yaxınlarda ailə qurmaq planın yoxdur" sualına isə Günel
belə cavab verib:
"23 yaşım var. Mənim üçün ailə qurmaq hələ tezdir. Qarşımda
reallaşdıracağım arzularım var. Xoşbəxt izdivac üçün iki tərəfin
qarşılıqlı anlaşması əsasdır".
Günel ev işlərindən də danışıb:
"Ev işlərini bacarıram. Yemək bişirə bilirəm. Lazım gələndə evi də
təmizləyirəm. Təkcə paltar ütüləməyi bilmirəm".