Bu rayonlarda su olmayacaq

25 Sentyabr 2014 10:40 (UTC+04:00)

Nəsimi və Nərimanov rayonlarının bir hissəsində suyun verilməsində fasilələr yaranacaq

Paytaxtın bəzi rayonlarında içməli suyun verilməsində fasilələr yaranacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, 25 sentyabr 2014-cü il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.


Fasilələrin yaranması Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədardır. 


Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.