"iPhone"lar sobada daha çox enerji yığır?

25 Sentyabr 2014 11:37 (UTC+04:00)

Son vaxtlarda internetdə dolaşan çılğın söz-söhbət ucbatından bir çox insan iPhone-u itirib.

Movqe.az xəbər verir ki, ötən günlərdə internet vasitəsilə meydana çıxan bir şəkil, iOS 8-in telefonlara "Dalğa" adlı yeni bir xüsusiyyət gətirdiyini iddia edirdi. Bu yeni xüsusiyyət isə iPhone-un mikrodalğalı soba içərisində sürətlə enerji yığması idi.. Təbii ki, özündən əvvəl yayılan bir çox poster kimi bu da yalnız bir zarafat idi, lakin bir çox insan bu zarafata qurban olub.