Əfqanıstanda döyüşlər səngimir

16 İyul 2012 17:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Əfqanıstanın Vardan vilayətində NATO və Əfqan əsgərləri tərəfindən təşkil edilən ortaq əməliyyatda 6 Taliban hərbiçisi öldürülüb, iki militan isə sağ ələ keçirilib. Vardan bölgə müxbiri Şahidullah Şahid Vardakın Molla Fayzu bölgəsindəki NATO və Əfqan ordusunun ortaq şəkildə icra etdiyi əməliyyatda 6 Taliban xadimin öldürüldüyünü iki xadimin isə sağ ələ keçirildiyini ifadə edib. Şahid 6 saat davam edən əməliyyatda öldürülənlər arasında Talibanın məşhur komandirlərindən Molla Eminullahın da olduğunu söyləyib.