Bakı metrosunda yanğın-xəsarət alan var

25 Sentyabr 2014 12:04 (UTC+04:00)

Depoda baş verən yanğın zamanı bir nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Bakı Metropolitenində yanğın baş verib. 


Hadisə saat 09:10-da metronun deposunda baş verib.


Depoda şiti təmir edərkən yanğın yaranıb. Orada işləyən usta 44 yaşlı Əfqan Nəsrullayev xəsarət alıb.


Onun üzü və əlləri yanıb. Yanğını isə söndürmək mümkün olub. 


Məsələ ilə əlaqədar metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə yerində heç bir yanğın baş verməyib. 


Depoda mexanik işləyən Əfqan Nəsrullayevin əli qısaqapanma nəticəsində xəsarət alıb. Ona həkimlər yardım göstəriblər.