"Ayıbdı axı, evdə öpə bilmirsən onu ? " - Aparıcı cütlük qınanıldı

25 Sentyabr 2014 11:47 (UTC+04:00)
Zaur və Günay Baxşəliyevlər cütlüyünün yeni fotosu sosial şəbəkədə paylaşılıb. Mövqe.az xəbər verir ki, cütlüyün bu şəkli birmənalı qarşılanmayıb. Romantik şəkli tənqid edənlər də, sevə-sevə qarşılayanlar da olub. Mövqe.az sözü gedən şəkilə gələn şərhlərdən bəzilərini və fotonun özünü sizə təqdim edir: "Ayıbdı axı, evdə öpə bilmirsən onu ? ", "Sizə bu şəkli heç yaraşdırmadım", "Su axıb, çuxurunu tapıb", " Təbii alınmır yenə. Türklər kimi aparmaq istiyirlər özlərini, amma süni görünür hər şey", "Allah qorusun, Allah mehriban etsin", "Ağzını açanda Zaur millilikdən milli mentalitetdən danışır bəs bu şəkil bizim mintalitetimizə uyğundumu?", "Sevdiyim cütlüyə eşq olsun".