ŞOK! Azərbaycanda gözəl Nigar ilə balıqçı Samirənin toyu olacaq

25 Sentyabr 2014 12:14 (UTC+04:00)

Bu günü qədər Azərbaycanda eynicinsli şəxslərin ailə qurmasını eşitdik də, gördük də... Amma budəfəki cütlük cinsi kişi olanlar deyil. Cinsi qadın olanlardı.

PostNews.Az-a daxil olan məlumata görə, Azərbaycanda eynicinsli qadın ailə qurur. Təxminən toyun vaxtı da məlumdur: oktyabr ayı.

Cütlük 3 aya yaxındır birgə yaşayırlar. Onların birgə yaşamasına 23 yaşlı qızın anası qarşı gəlib, amma qız sevdiyi yarından ayrılmayıb.

Adı Nigar olan 23 yaşlı qızı, 3 ay əvvəl təxminən 30 yaşı olan Samirə adlı qadın qaçırıb. Ana qızının qaçırılmasıyla bağlı polisə şikayət edib, övlad isə polisə izahat verərək qaçırılmadığını, əksinə öz istəyi ilə getdiyini bildirib.

Qeyd edək ki, Samirənin görünüşcə kişi cinsinə bənzədiyi bildirilir, fakt cinsi qadındır. O, Nabranda balıqçılıqla məşğuldur və hər kəs onu "balıqçı Samirə" kimi tanıyır.