Azərbaycanlı rəqqasə Hindistanda qalib oldu !

25 Sentyabr 2014 12:40 (UTC+04:00)

Rəqqasə Oksana Rəsulova Hindistanda məşhur "İndias Best Cine Star Ki Khoj" rəqs yarışmasının qalibi oldu. Mövqe.az xəbər verir ki, rəqqasə öz təəssüratlarını onu sevənlərlə, dəstək verənlərlə bölüşüb: " Allahın dəstəyi, sizin sevginiz, dəstəyinizlə Hindistanda "India's Best Cinestars Ki Khoj" yarışmasının qalibi oldum. Qızlardan mən, oğlan iştirakçılardan isə Sayyed Mamnun qalib oldu. Hələ də bu qalibiyyətə inanmıram. Çoxsağolun, var olun!. Sizi çox sevirəm. Var olsun Azərbaycanım".