Adolf Hitlerin sonuncu nəsli tükənir

25 Sentyabr 2014 13:17 (UTC+04:00)

Adolf Hitlerin ABŞ-ın Nyu York şəhərində yaşayan qardaşı oğlanlarının heç vaxt uşaq istəmədikləri iddia edilib. Bild qəzeti, Long adasında yaşayan 42 yaşlı Brian və 62 yaşlı Luiz Stuart-Houston qardaşların izini tapıb. 


Movqe.az xəbər verir ki, Adolf Hitlerin atası Aloisin 2. evliliyindən dünyaya gələn qardaşı Alois Juniorun davam etdirdiyi nəsil Alexander, Brian və Louis Stuart-Houston qardaşların uşaq istəməmə qərarı ilə sona çatacaq. Qardaşların Hitler nəslinin davam etməməsi üçün belə bir qərar verdikləri deyilir.