Kosmosa lift çəkilir

25 Sentyabr 2014 14:41 (UTC+04:00)

Kosmos lifti ilə 96 min kilometr uzaqlıqda qurulacaq  kosmos stansiyalarına getmək cəmi 7 gün vaxtınızı alacaq.

Yapon elm insanları, kosmos stansiyalarına sərnişin və yük daşıyaca kosmos liftinin 2050-ci ilə qədər tamamlanacağını açıqlayıb. ABC qəzetinin xəbərinə görə, liftlər yerdən 96 min kilometr uzaqlıqda qurulacaq kosmos stansiyasına 7 gün kimi qısa müddətdə çatacaq.


Movqe.az xəbər verir ki, mövcud texnologiyayla hər kiloqrama  22 min dollar xərclə daşınan yüklər, bu sayədə 200 dollara kosmosa göndərilə biləcək. Liftin etibarlı şəkildə çalışması üçün polad kabellərdən təxminən 100 dəfə daha güclü gərginlik qüvvətinin lazım olduğunu bildirən Oabayashi firması səlahiyyətliləri, hələlik yalnız 3 santimetr uzunluğunda edilə nano boruların  2030-cu ildə uzunlaşdırıla biləcəyini  açıqlayıb. Mütəxəssislər bu tip lift sayəsində dünyadan raket atma tətbiqinin sona çatacağını bildirib. Bu sayədə ətrafı çirkləndirən mərmi yanacaqların istifadəsinə də son veriləcək.