Bakıda çayxanada dava olub, iki nəfər bıçaqlanıb

25 Sentyabr 2014 16:02 (UTC+04:00)

Ötən gün axşam saatlarında Bakının Suraxan rayonunda çay evində iki nəfər bıçaqlanıb. Suraxanı rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində yerləşən çay evlərinin birində baş verib.


Belə ki, çayxanada söyüş üstündə dava olub. Dava zamanı 1988–ci il təvəllüdlü Ülvi Musayev və 1988-ci ilə təvəllüdlü Zaur Heydərov bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.


Hələlik hadisənin digər iştirakçısı, yaxud iştirakçılarının kimliyi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.