Yağış yenə yollarda çoxsaylı gölməçələr yaratdı

26 Sentyabr 2014 08:17 (UTC+04:00)

Yağan son gur yağış yolların bir çox hissəsindəyenə analoji problemlərin qabarmasına rəvac verdi. Söhbət yollarda yaranan gölməçələrdən gedir. Xüsusən də Bakıətrafı bir sıra qəsəbələrə gedən yollarda və məhəllələrdə bu proses özünü qabarıq göstərdi. Mövcud durumun nədən hər il təkrarlandığını, niyə ona bir əncam çəkilmədiyinin səbəblərini ekspertlərdən öyrəndik."Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev düşünür ki, yağışdan sonra yolların keçilməz həddədüşməsi, prosesə nəzarət etməli olan qurumların işə səhlənkar yanaşmalarından qaynaqlanır: "Bir sıra qurumlar var ki, onlar bilavasitəöz qulluq funksiyalarına daxil olan vəzifəolsa da, yolların yağış suyundan təmizlənməsi kimi funksiyalarını vaxtında icra etmirlər. İcra etsələr də, yağışdan sonra yaranan gölməçələri aradan qaldırmağa sadəcə, biganə münasibət bəsləyirlər. Əslində, yağış və ya qar olsun, onun gəlməsini gözləmək və yalnız bundan sonra əl-ayağa düşməyəehtiyac yoxdur. Bu kimi problemləri qabaqcadan görərək, aradan qaldırmaq lazımdır ki, sonradan şəhərətrafı bəzi yerlər də insanlar, avtomobillər üçün keçilməz bir qalaya çevrilməsin. Bakının coğrafiyasını nəzərə alsaq, burada yoxuş, enişli yerlər çoxdur. Bu baxımdan həmin vəziyyətin yaranması yağışın hardasa bir yerdə gölməçə kimi yığılmasına gətirib çıxara bilər. Amma mütəxəssislər əvvəlcədən bunu görməli və ona əsasən də tədbir görməli idilər. Lakin üzərlərinədüşən vəzifələrinə biganə qalmaları sonda yağışdan sonra bu kimi halların yaranmasına səbəb olur. Bir sıra məmurlarda adət halını almış səhlənkarlıq mühiti aradan qalxmayınca, təəssüf ki, belə halların da şahidi olmaqda davam edəcəyik".

Ekspert Azər Allahverənov problemin həlli üçün məsələyə kompleks yanaşma tərzinin olmasını vacib bildi: "Yol kənarlarında axar sular üçün nəzərdə tutulan kanalların olmaması, bəzi yerlərdəkanalizasiya xətlərinin pis işləməsi, yolların bərbad halda olması yağışdan sonra gölməçələrin yaranması kimi xoşagəlməz hallara gətirib çıxarır. Bu da nəqliyyat vasitələrinin hərəkətinəbilavasitə təsir göstərən maneələrdir. Bəli, təbiətdə baş verən müəyyən hadisələr, istər yağış, istərsə sel, qar olsun, bu məqamlar istismar üçün yararlı olmayan yollarda beləacınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarır. Düşünürəm ki, yolların yüksək keyfiyyət göstəricilərinə cavab verəcək tərzdə saxlanılmasına cavabdeh qurumlar işlərinin öhdəsindən layiqincə gəlməlidirlər. Eləyerlər var ki, yol yaxşı olsa da, burada təmir işlərinin getməsi iləgüc də nəticə etibarı ilə bu prosesə verilir. Halbuki, Bakıətrafı qəsəbələrdə bilavasitə təmirəehtiyacı olan çoxsaylı yollar var. Düşünürəm ki, bu məsələkompleks şəkildə həllini tapmalıdır və həll tapılan zaman ilk növbədə təxirəsalınmaz işlərin görülməli olduğu yollara diqqət verilməlidir. Buna cavabdeh qurumlar resurslarının bir hissəsini həmin yollara yönəltməlidir. Təbiət bizlə hesablaşmır. Bu fonda yağıntının yağmasını gözləməli deyilik. Hazırda yağışdan sonra yaranan xoşagılməz hallar öz həllini tapmalıdır ki, gələcəkdə dəproses təkrarlanmasın".