Oğurlanmış avtomobilini 42 il sonra tapdı

16 İyul 2012 17:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ-ın Los Anceles şəhərində bir nəfər 1967 model Austin-Healey marka köhnə model avtomobilini  Filadelfiyadakı evinin qarşısından oğurlanmasdan 42 il sonra internet mağazasında tapıb. Robert Russel adlı ABŞ vətəndaşı avtomobilinin 1970-ci ildə oğurlandığını və mənəvi dəyəri çox yüksək olması səbəbiylə onu 42 il boyunca axtarmaqdan yorulmadığını qeyd edib. Avtomobilini alanda 3 min dollar olan dəyərinin bu gün 23 min dollar olduğu ifadə edən Russel indiyə kimi avtomobilin hissələrə ayrılaraq satıldığını deyib. O avtomobilini "eBay" alış-veriş saytı vasitəsilə tapıb. Russel polisin köməyi ilə avtomobilini geri ala bilib.