28 yaşlı qız sirkə turşusundan zəhərlənib

26 Sentyabr 2014 10:45 (UTC+04:00)

Şəkidə 28 yaşlı qız sirkə turşusundan zəhərlənib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 25-dən 26-na keçən gecə Şəki şəhəri, Çələbixan küçəsi, ev 16-da yaşayan 1986-cı il təvəllüdlü Ülviyyə Raqib qızı Axundova güclü zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Müayinədən sonra məlum olub ki, Ülviyyə Axundova bilməyərək sirkə turşusu qəbul edib. Ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.