İbtidai məktəb şagirdlərinə bıçaqlı hücüm

26 Sentyabr 2014 12:26 (UTC+04:00)

 Çinin cənubundakı Guangşi Cuang Muxtar Bölgəsində bıçaqlı təcavüzkar 4 ibtidai məktəb şagirdini öldürüb. Şinhua agentliyinin xəbərinə görə, Lingşan şəhərinin Pingşan qəsəbəsindəki Gupu ibtidai məktəbi yaxınlarında, şəxsiyyəti naməlum bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qalan 4 ibtidai məktəb şagirdi dünyasını dəyişib.


Movqe.az xəbər verir ki, səlahiyyətlilər, üç şagirdin hadisə yerində, digərinin  xəstəxanada öldüyünü qeyd edib. Təcavüzkar hələ də tutula bilməyib.