Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər baş verəcək

26 Sentyabr 2014 12:59 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. 


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən rayonunun bir hissəsinə, saat 18:00-dək Gəncə şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.