Erməniləri üşütmə tutub

26 Sentyabr 2014 13:01 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində təhlükəsizlik tədbirləri barədə sərəncamı Ermənistanın siyasi elitasında çaxnaşma yaradıb.


Bu da başa düşüləndir. Aydındır ki, Bakıdakı "beşinci kolon"un qoşunların sayı və yerdəyişməsi, yeni silahları və s. barədə dolayı yollarla İrəvana göndərdiyi məlumatların axını azalacaq. Bundan başqa, könüllü patrul dəstələrinin yaradılması barədə qərar açıqca erməni siyasətçiləri əsəbiləşdirir. Yəni biz tezliklə görəcəyik ki, guya təsadüfən bizim ölkənin sərhədini keçmiş ermənilərin sayı kəskin azalacaq.


Həm də Azərbaycan mətbuatı dərc olunan materiallara daha ciddi yanaşmağa başlayacaq. Xüsusən də, hərbi sirrin yayılmasına görə məsuliyyət tədbirləri sərtləşdiriləcək. Təbii ki, erməni xüsusi xidmətlərinin lazım olan məlumatları tapması çətinləşəcək. 


Bizim qonşuların qəzetləri də artıq bununla bağlı hay-küy qaldırıblar və Bakını günahlandırırlar ki, yaradılan patrul qüvvələri guya təmas xəttindən əlavə hərbi birləşmələr olacaq.


Bir sıra ekspertlərin fikrincə, prezidentin yeni sərəncamı ermənilərin kəşfiyyat-diversiya fəaliyyətinə "sıfıra" endirəcək və bu ölkənin xüsusi xidmətlərini onlara lazım olan məlumatlardan məhrum edəcək.


Azərbaycan dövlətinin başçısının yeni sərəncamı buna görə erməniləri belə narahat edir.