Suşi yeməzdən əvvəl bir də düşünün

26 Sentyabr 2014 15:05 (UTC+04:00)

Çində hər gün suşi yeyən bir nəfər şiddətli qarın ağrısı və qaşınma səbəbi ilə getdiyi xəstəxanada yediyi suşinin qurdlandığı təsbit edilib. Bu vəziyyət qarşısında təəccüblənən həkimlər vəziyyətin ciddi ölçülərə çata biləcəyi məlumatını verib. Movqe.az Daily Mail-ə istinadən xəbər verir ki, çox çox suşi yeyən və adı açıqlanmayan Çinli bir xəstə, qarın ağrısı və qaşınma şikayətiylə xəstəxanaya müraciət edib. Bütün bədənini tenya qurdu saran şəxsin narahatlığının səbəbinin isə yediyi suşi olduğu ortaya çıxıb. 


Tenyalar insanlarda aylarla əlamət vermədən yaşaya bilir. Bu da təhlükəni böyüdür. Sürfə halındaykən balıqlara yapışan tenyalar suşi kimi çiy balıqlarda yaşayır. İnsan bədənində həftələrlə 15 metrə qədər büyüyə bilən tenyalar uzun müddət diaqnoz edilə bilməyə bilir. Yorğunluq, qəbizlik, qarın ağrısı kimi əlamətlərlə özünü göstərir. 


Qaraciyər, gözlər, ürək və beyin kimi orqanlara sıçradiqda isə həyati təhlükə yaradır və ölümə qədər apara bilir.