Qurban bayramı ilə əlaqədar yarmarka keçiriləcək yerlər--SİYAHI

26 Sentyabr 2014 16:12 (UTC+04:00)

Nazirlik bu bayramda da qiymət artımının qarşısını alacaq

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov anspress-ə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanlıqların satışı təşkil olunan yarmarkalar keçiriləcək. Yarmarkaların keçirilməsində başlıca məqsəd bayram ərəfəsində ət və ət məhsullarının, eləcə də, diri heyvanların qiymətinin artırılmasının qarşısını almaqdır.


"Yarmarkalar ötən ilki bazarların yerlərində təşkil olunacaq. Bundan əlavə, yeni ərazilərdə qurbanlıq heyvanların satışı qurulacaq. Nəzarət olunacaq ki, süni qiymət artımı olmasın. Hansısa satış məntəqələrində qanunsuzluq aşkar olunarsa, cavabdeh şəxslər ciddi şəkildə cəzalandırılacaq", - deyə Əliabbas Bağırov bildirib. 


İqtisadiyyat və Sənaye Nazirliyindən də bildirilib ki, Qurban bayramı ərəfəsində ət və ət məhsullarının qiymətində heç bir artım olmayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin anspress-ə verdiyi məlumata görə, artıq reydlərə başlanılıb.


Qeyd olunan günlərdə əhalinin müxtəlif ərzaq məhsullarına olan təlabatının artmasını nəzərə alaraq bazarlarda reydlər keçirilir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri keçirilir. Bazarlarda intensiv olaraq yoxlamalar aparılır. Əgər kimsə süni qiymət artımı halları ilə rastlaşarsa, o zaman nazirliyə məlumat versin", - deyə Abbas Əliyev bildirib.


Abbas Əliyevin sözlərinə görə, təşkil olunacaq yarmarkalar əsasən əhalinin daha çox bazarlıq etməyə adət etdiyi ərazilərdə təşkil olunacaq. Bakıının 9 rayonu və bütün qəsəbələr ərazisində belə yarmarkalar olacaq.


Qeyd edək ki, hazırda təşkil olunacaq satış yarmarkalarının ünvanları hazırlanır. Yarmarkalar əsasən ötən illər təşkil olunmuş ərazilərdə keçiriləcək.


ANS PRESS ötən ildə təşkil olunan yarmarkaların ünvanlarını təqdim edir:


Sabunçu rayonu


-Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,dəmir yolu stansiyasının yanı;


Zabrat-Kürdəxan yolu, Zabrat dairəsi;


Nərimanov rayonu


-Əliyar Əliyev küçəsi 26,Keşlə bazarının yanı.


Xətai-Nizami rayonu 


-Xətai rayonu,Nobel prospekti, "Nargilə"kafesinin yanı;


Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı;


-Nizami rayonu,R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsi, "Milord" restoranının yanı;


Suraxanı rayonu 


-Zığ qəsəbəsi Hatəm Alleverdiyev küçəsi,Tikiş sexinin yanı;


Bülbülə qəsəbəsi,N.Nərimanov küçəsi,Bakı Toxuculuq ASC-nin yanı,


Əmircan qəsəbəsi malik Mustafayev küçəsi "Neftçi" stadionun yanı;


Qaraçuxur qəsəbəsi,Etibar Bəkirli küçəsi,114N-li yaşayış evinin yanı.


Hövsan qəsəbəsi,Oqtay Şabanov küçəsi,Maral heykəlinin yanı


Səbail rayonu 


– Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı


20-ci sahə dairəsi ticarət cərgəsinin arxasındakı boş sahə


Yasamal rayonu 


-Şərifzadə küçəsi,196,İdeal Şadlıq sarayının həyəti


Binəqədi rayonu 


-8mkr Cəfər.Xəndan və Atatürk prospektinin kəsişməsi, Rəsulzadə qəsəbəsi Binəqədi şossesinin sağ tərəfi, Boksol yolu ilə kəsişmənin yanı.


Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 78, qəsəbə mərkəzi-Əsgərov Ramiz-Biləcəri qəsəbəsi, Xırdalan –Binəqədi yolunun A.Zeynallı küçəsi ilə kəsişməsi


Xəzər rayonu 


- Binə qəsəbəsi, ƏliAğa Vahid küçəsi 6, Sovxoz yol Qala qəsəbəsi, Dəmiryolçular küçəsi,Qala dəmiryolu stansiyasının yanı;


-Mərdəkan qəsəbəsinin girişi,Yeseni küçəsi, "Bank of Baku"nun qarşısı.

Pirallahı rayonu 


-Rayonun 3 hisəsində ət kəsimi məntəqələri fəaliyyət göstərəcək.


Qaradağ rayonu 


-Lökbatan qəsəbəsi Dəmir yolu stansiyasının yanı,


-Sahil qəsəbəsi Mədəniyyət evini yanı.


-Meyvəli bazarın yanı, Qaçayev Babasən-Qobustan mərkəzi.


Bazara çıxarılacaq ətin keyfiyyətin gəlincə, Dövlət Baytarlıq Xidmətindən əminliklə bildirilir ki, bu baxımdan da heç bir problem olmayacaq. Baxmayaraq ki, ötən aydan bəzi rayonlarda iribuynuzlu heyvanlar arasında yoluxucu xəstəlik yayılmışdı. Əsasən Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə, Samux, Laçın, Zərdab rayonlarında heyvanlar arasında "Nodulyar dermatit" adlı virus bu xəstəliyə rast gəlinir. 


Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, həmin rayonlardan gətirilən heyvanlar ciddi şəkildə yoxlanılacaq. Onun sözlərinə görə, hansı kənddə virus aşkar olunubsa, həmin yerlərdən heyvan gətirilməsinin qarşısı alınacaq.


"Nodulyar dermatit" virusu yayılan kəndlərdən heyvan gətirilməsi məhdudlaşdırılacaq. Bundan başqa, satşa çıxarılacaq heyvanlar bir neçə mərhələdə yoxlamalardan keçiriləcək. Heyvanların linfa düyünlərindən nümunələr götürülərək, analiz olunacaq. Bundan başqa, bütün salllaqxanalarda xüsusi yoxlamalar təşkil olunacaq. Heyvanların kəsilmə şəraitinə ciddi şəkildə nəzarət olunacaq", - deyə Yolçu Xanvəli bildirib.