Windows 9 nə vaxt gəlir?

26 Sentyabr 2014 18:00 (UTC+04:00)

Windows 8-də istədiyini tapa bilməyən Amerikalı texnologiya nəhəngi Microsoft, istehsal mərhələsində olduğu bilinən Windows 9-da bir çox dəyişiklik etməyə hazırlaşır. 


Movqe.az xəbər verir ki, Windows 8-də yer almayan başlat menyusunun geri dönüşü və Cortananın əlavə olunması kimi bir çox dəyişiklik Windows 9-da olacaq. 


Windows 9 haqqında ortaya çıxan bu yeni xəbərlərə görə Microsoftun yeni əməliyyat sistemi yalnız 64-bit və 128-bit kompüterlərdə istifadə edilə biləcək və 32-bit kompüterlərdə çalışmayacaq. 


Windows 9-un 30 Sentyabrda keçiriləcək mətbuat konfransında rəsmi olaraq tanıdılmasıyla iddiaların cavablandırılması gözlənilir