Türkiyə mətbuatı Oksanadan yazdı - FOTO

26 Sentyabr 2014 17:22 (UTC+04:00)

Türkiyə mətbuatı rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən rəqs yarışmasındakı qalibiyyətindən yazıb

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, "bollywoodhaberleri.com" saytı sənətçinin hind aktrisası Preti Zintaya bənzədiyini vurğulayıb:

 

"Hindistanda "İndias Best Cine Star Ki Khoj" yarışmasında qardaş ölkədən olan Oksana Rəsulova qalib gəlib. Oksana Bollivud ulduzu Preti Zintaya oxşarlığı ilə də diqqət çəkir. Qardaş ölkə - Azərbaycan qızını biz də təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq".