Nailə Mirməmmədlinin evini sökürlər

26 Sentyabr 2014 18:10 (UTC+04:00)
Bəstəkar Nailə Mirməmmədlinin evini sökürlər. 

Axşam.az-ın məlumatına görə, bəstəkar bu haqda "Bizim gün" verilişində qonaq olarkən deyib. O, aparıcıların "Necəsiniz" sualına belə cavab verib: 

"Soruşmayın necəyəm. Çox həyəcanlıyam. Məhəlləni sökürlər, evdən köçürəm. Başım çox qarışıqdır. Ev əşyalarla doludur. Amma buna baxmayaraq, yenə də tələbələrlə məşq edirik". 

Qeyd edək ki, müğənni Aygün Mahmudova N.Mirməmmədlinin onlara qonşu olan mənzilə köçdüyünü bildirib.