İnsanın səhhətinə nəzarət edən çox kiçik cihaz hazırlanıb

27 Sentyabr 2014 09:05 (UTC+04:00)

Northwestern University və University of Illinois universitetlərindən olan alimlər qrupu insanın ürək-damar sistemində yaranan problemlər barədə ona xəbərdarlıq edən portativ tibbi avadanlıq təqdim edib.

Ölçüsü cəmi beş kvadrat santimetr olan naqilsiz aparat dəridə yerləşdirilir və insan onu bütün həftə ərzində fasiləsiz olaraq özü ilə gəzdirə bilir. Elastik astardakı minlərlə çox kiçik maye kristallar dəyişiklikləri hiss edir və aparatda işıq yanan vaxt onun sahibi bilir ki, ürək-damar sistemində nəsə qaydasında deyildir.

Tədqiqat qrupu aparatı insanların biləklərində slnaqdan keçiriblər: elmi əməkdaş Yonggang Huang bildirib: "Bizim aparatımız, demək olar ki, görünməzdir- bu, ultranazikdir və dəridə narahatlıq yaratmadan yerləşir". Elmi işin həmmüəllifi Yihui Zhang isə qeyd edir: "Aparat çox praktikidir- sizin dəriniz dartılan, sıxılan vaxt o da sıxılır və ya onunla birlikdə hərəkət edir".

Hər yarım millimetrə düşən 3600 maye kristal birbaşa ürək-damar sistemi və dərinin nəmlənmə səviyyəsinə təsir edən qan axınının sürətini müəyyən etmək üçün keçici temperatur dəyişikliyindən istifadə edir. Kristallar temperatur aşkar edən vaxt o, öz rəngini dəyişir.