Bərəkətli il

27 Sentyabr 2014 09:24 (UTC+04:00)

Fermer Harald Venske balqabaqla dolu qayığı Şpree çayı ilə Lededə (Almaniya) keçiriləcək payız festivalına aparır. Konsert, yarmarka və digər əyəncələri ilə zəngin olan festival bu il 23-cü dəfə keçiriləcək, qayıqların paradı isə onun əsas hadisəsi olacaq. Qayıqlar xüsusi düzbucaqlı formadadır, yəni yerli ənənəyə uyğundur. Bu cür qayıqlarda təkcə məhsulları yox, həmçinin iribuynuzlu mal-qaranı da aparırlar.

Bu gün dünyada balqabağın 50-dən çox növü, o cümlədən kremi, yaşıl və hətta göy rəngli növləri də vardır. Onlardan şorba, piroq, kompot, sıyıq, eləcə də mürəbbə hazırlayır və şirə çəkirlər.

Xalq təbabətində balqabaq və onun tumlarından artıq çoxdan böyrək çatışmazlığına qədər ən müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Ondan nə vaxtsa qablar hazırlayıblar, Hellouin bayramlarının keçirilməsi üçün isə indi də fənərlər düzəldirlər.

Yeri gəlmişkən, Harald Venskenin qayığına, heç də, 2010-cu ildə amerikalı fermer Kris Stivensin yetişdirdiyi və Ginnessin Rekordlar Kitabına düşən balqabaq yerləşməzdi. Onun çəkisi 821, 2 kq idi.