Qocalığın üstün cəhətləri

27 Sentyabr 2014 09:57 (UTC+04:00)

Almaniya, ABŞ və Avstraliyadan olan alimlər bəşəriyyətin qocalmasında üstün cəhətləri müəyyən etmək qərarına gəliblər. Demoqraflar hesab edirlər ki, yaşın artması ilə əmək məhsuldarlığı azalsa da, təhsil və peşəkarlığın səviyyəsi yüksəlir ki, bu da daha mühüm məsələdir. Əhalinin qocalması həmçinin ətraf mühitə də müsbət təsir göstəririr, çünki daha az enerji tələbatı qeydə alınır və atmosferə istixana qazlarının atılması azalır. Tədqiqatçılar qrupu proqnozlaşdırır ki, 2050-ci ildə insanın fəal həyat dövrü artacaq, insan öz həyatının 80 faizini sağlam qalacaq. Indi isə bu rəqəm 65% təşkil edir.