“Həccdən qayıdım, klip çəkəcəm”

26 Sentyabr 2014 19:15 (UTC+04:00)
Müğənni İzzət Bağırov yaradıcılıq planlarından danışıb. "Qafqazinfo"nun məlumatına görə, "ATV maqazin" verilişinə açıqlamasında ifaçı anasının yazdığı şeirlərə bəstələnən mahnılar ifa etdiyini bildirib: 


"Bir neçə mahnı yazdırmışam. Mahnıların bəzilərinin sözlərini anam yazıb. Anamın roman və şeir kitabları var. Kitabının birini vərəqləyəndə "Gəl bir roman yazaq" şeiri diqqətimi çəkdi. Anaının mənə həsr etdiyi kitabı da var. Adı "Azərbaycan oğluyam"dır, doğum günümdə mənə hədiyyə edib. Mən kitabı reklam etdirmədim. Bilirsiniz ki, təvazökaram, belə işlərdən uzağam. Özüm də şeir yazmışam, amma onlara mahnı bəstələməmişəm. Həcc ziyarətindən qayıdandan sonra mahnılarıma klip çəkdirəcəm".