Prezidentin təltif etdiyi şəxslərə medallar təqdim edilib

26 Sentyabr 2014 18:55 (UTC+04:00)


Bu gün Ümumdünya Turizm Gününə həsr olunmuş konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin aparat rəhbərinin müavini Cavanşir Cəfərov və turizm şöbəsinin müdiri Aydın İsmiyevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları təqdim edilib. Movqe.az APA-ya istinadən məlumat verir ki, C. Cəfərov və A. İsmiyev dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə bu medalla təltif ediliblər.

Daha sonra nazir Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərova, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırova və "Abşeron qrup" şirkətinin əməkdaşı Cəmilə Atakuman Cavanşirə "Fəxri turizm işçisi" döş nişanı təqdim edib.