Bu günün hava proqnozu

27 Sentyabr 2014 10:17 (UTC+04:00)

Movqe.az  xəbər verir ki,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.


Gündüz cənub-şərq küləyi 8-13 m/s olacaq.

Temperaturun gecə 16-18° isti, gündüz 20-24° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 11-16° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı , gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperatur gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 12-17° isti, gündüz 21-29° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Temperaturun gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Temperatur gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.