İraq prezidenti anti-İŞİD koalisiyaya qoşulanlara təşəkkür etdi

27 Sentyabr 2014 10:32 (UTC+04:00)
İraq Prezidenti Məhəmməd Fuad Məsum İŞİD-ə qarşı mübarizədə hökumətə dəstək olan koalisiya iştirakçılarına təşəkkür edib.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, BMT-nin Baş Assambleyasında çıxışı zamanı Məsum qeyd edib ki, İraq rəhbərliyi İŞİD terrorçularını ölkədən təmizləməkdə qətiyyətlidir. Onun sözlərinə görə, indiyə qədər İraqa göstərilən humanitar və hərbi dəstək ölkədə ekstremizmə qarşı mübarizədə vacib rol oynayıb.

Prezident, eyni zamanda, ölkənin baş nazirindən fərqli olaraq İŞİD-in Amerika Birləşmiş Ştatları və Fransada terror aktı planlaşdırması barədə heç bir məlumata malik olmadığını da əlavə edib.

Bir qədər əvvəl İraqın Baş naziri Heydər əl-Əbədi İraq kəşfiyyatının belə bir planı ifşa etdiyini və Amerika, eyni zamanda, Fransa metrolarında terror təhlükəsinin olduğunu demişdi.