İŞİD-dən yeni taktika
27 Sentyabr 2014 11:06 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının (ABŞ) qurduğu koalisiyanın İŞİD-ə
qarşı həyata keçirdiyi hücumlardan sonra terror qruplaşması hərəkət
planlarında dəyişiklik ediblər.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Kərkükün cənubunda
yaşayan qəbilə liderlərindən biri İŞİD terrorçularının artıq
əvvəlki kimi zirehli maşınlarda gəzmədiyini, diqqət çəkməməyə
çalışdıqlarını bildirib.
"Onlar əvvəlki kimi hərbi karvanlar şəklində gəzmirlər. Bunun
əvəzində motosiklet, velosiped və lazım olarsa, qoruyucu rəngdə
olan avtomobillərdən istifadə edirlər. Bundan başqa, İŞİD-çilər iz
azdırmaq üçün boş evlərə bayraqlarını asırlar. Amma əvvəlki
vaxtlarla müqayisədə indi insan ölümləri azalıb. Əvvəllər insanlar
su içmək kimi asan yolla öldürürlər", – deyə qəbilə lideri
sözlərinə əlavə edib.
İŞİD terrorçuları mobil telefondan da az istifadə edirlər.
Silahlılar nömrələrini dəyişirlər, işlətmədikləri halda
bağlayırlar. Gizlənmək üçün müxtəlif üsullara əl atan silahlılardan
bəziləri evlərin həyətində iki nəfərlik xəndəklər qazaraq orada
gizlənirlər.